Pedro Enrike komandasının qələbəsinə kömək etdi - Foto-Video

Pedro Enrike komandasının qələbəsinə kömək etdi - Foto-Video
Futbol, Video, Foto
08 Noyabr 2018 - 22:04
Supersport.Az-ın xəbərinə görə, Avropa Liqasının qrup mərhələsində 4-cü turunda millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana" öz meydanında Çexiyanın "Yablonets" klubunu sınağa çəkib.
Qazaxıstan klubu 2:1 hesablı qalib gəlib. Start heyətində meydana çıxan Almeyda 71-ci dəqiqə əvəzlənib. "Astana"nın ilk qolunu 18-ci dəqiqədə "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike vurub. O, 80-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu qələbə ilə xalını 8-ə çatdıran Qazaxıstan klubu liderliyini möhkəmləndirib.

https://www.youtube.com/watch?time_continue=22&v=VliZqHqLxEg

Digər xəbərlər