"Qəbələ" Almaniya çempionuna məğlub oldu

"Qəbələ" Almaniya çempionuna məğlub oldu
Futbol
07 Noyabr 2018 - 18:51
"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Supersport.Az-ın məlumatına görə, Çempionlar yolunda mübarizə aparan "qırmızı-qaralar" doğma meydanda Almaniya çempionu "Herta" ilə qarşılaşıb. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab oyunu isə üç həftə sonra – noyabrın 28-də Berlində baş tutacaq. Qalib komanda pley-off mərhələsinə yüksələcək.

"Qəbələ" I mərhələdə Moldova “Şerfi”ini mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.

UEFA Gənclər Liqası
Çempionlar yolu

II mərhələ, ilk oyun
7 noyabr

17:00. "Qəbələ" – "Herta" (Almaniya) - 1:3
Qollar:
 Məhəmməd Kiprit, 65 (0:1), Cesik Nqankam, 71 (0:2), Ruven Vertmüller, 85 (0:3), Əli Sadiqov, 89 (1:3)
Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)
Hakim-inspektor: Frits Ştuxlik (Azərbaycan)
Qəbələ şəhər stadionu

Digər xəbərlər