"Vorskla" erməni futbolçunu qara siyahıya salıb - "Qarabağ"la da oyunu buraxacaq

"Vorskla" erməni futbolçunu qara siyahıya salıb - "Qarabağ"la da oyunu buraxacaq
Futbol
06 Noyabr 2018 - 00:05
Supersport.Az-a Avroliqanın qrup mərhələsinin 4-cü turunda "Qarabağ"ı sınağa çəkəcək "Vorskla" erməni futbolçusunu oyundankənar vəziyyətdə qoyub.

Gegam Kadimyanı Bakıdakı qarşılaşmaya gətirməyən Ukrayna klubu, Poltavadakı matçda da onun meydana buraxılmasına ehtiyac görmür.

"Vorskla"nın "Lvov"u iki qolla məğlub etdiyi çempionatın son oyununda da erməni futbolçu heyətə salınmayıb.

Araşdırmamız zamanı məlum oldu ki, komanda artıq 12 oyundur ki, Kadimyanı heyətə daxil etmir.

"Lvov"la matçda "Vorskla"da Boqdan Şust, İqor Perduta, Naceeb Yakubu (Kareka 61), Aleksandr Sklyar, Vladislav Kulaç (Mixail Sergiyçuk, 85), Vyaçeslav Şarpar, Vladimir Çesnakov, Vadim Sapay, Yuri Kolomoets, Aleksandr Çijov və Pavel Rebyonok (Taras Sakiv 90+4) mübarizə aparıb.

Ehtiyatda Aleksandr Tkaçenko, Artyom Qabelok, Yevgeni Martınenko və İbrahim Kane yer alıb.

 

Digər xəbərlər