Hannes Halldorsson: "Qarabağ" "Vorskla"ya qalib gəlmək gücündədir" - Video

Hannes Halldorsson: "Qarabağ" "Vorskla"ya qalib gəlmək gücündədir" - Video
Futbol, Video
05 Noyabr 2018 - 01:08
Supersport.Az Azərbaycan Premyer Liqasının 10-cu turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Sumqayıt"a iki qolla qalib gələn "Qarabağ"ın qolkiperi Hannes Halldorssonun fikirlərini videogörüntüyə alıb. İslandiyalı qapıçı oyun haqda danışıb, sualları cavablandırıb və ayrılanda azərbaycanca "Sağ olun" deyib. 

Qolkiper ilk olaraq qarşılaşma barədə fikirlərini bölüşüb:

- Sanballı, yaxşı oyun göstərdik. Baxmayaraq ki, rəqib bizi daim gərginlikdə saxlayırdı. Ancaq topa nəzarət etməyə çalışdıq. Diqqətimiz oyundan yayınmadı və iki yaxşı qol vurduq. Rəqib qapıçı da yüksək səviyyədə çıxış etdi. Yaxşı qurtarışlarla yadda qaldı.
 - Dünya çempionatında Messinin penaltisini qaytarmaqla diqqət çəkdiniz, ardınca "Qarabağ"a transfer oldunuz. Ancaq burda heyətə düşməkdə çətinlik çəkirsiniz. Bir müddət əvvəl isə avtomobil qəzasına düşmüsünüz. Azərbaycana gəldiyinizə görə peşman deyilsiniz?

- Yenidən seçim imkanım olsaydı, yenə "Qarabağ"a gələrdim. Peşmanlıqdan söhbət gedə bilməz. Son həftələrdə oynamamağım məyusluğa səbəb ola bilər, amma məşqlərdə çox çalışdım və start heyətdə yer aldım. Qələbə qazandığımıza görə xoşbəxtəm.

- Qarşıdan "Vorskla" ilə oyun gəlir...

- Qələbə istəyi ilə gedirik. Düşünürəm ki, orda daha yaxşı oyun göstərə bilərik. Bunun üçün köklənmişik. Səfərdə 3 xal qazana biləcək gücdəyik.

Digər xəbərlər