Mübariz Mənsimov: "Xəzər Lənkəran" yenidən bərpa oluna bilər"

Mübariz Mənsimov: "Xəzər Lənkəran" yenidən bərpa oluna bilər"
Futbol, Eksklüziv
31 Oktyabr 2018 - 00:41
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Caspian Ultras" azarkeş qrupunun sabiq rəhbəri İbrahim Əmirov Türkiyədə "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovla görüşüb.

Söhbət zamanı cənab Mənsimov "Xəzər Lənkəran"dan da danışıb. O, bütün klub azarkeşlərinə salamlarını çatdırıb. M.Mənsimov bildirib ki, hamı kimi o da "Xəzər Lənkəran" üçün darıxıb.

"İnşAllah "Xəzər Lənkəran" tezliklə yenidən bərpa olunacaq" - deyə, Mənsimov qeyd edib.

Xatırladaq ki, Lənkəran klubunun əsas komandası 2 ildir fəaliyyətini dayandırıb. 

Digər xəbərlər