“Rostov” “Anji”yə qalib gəldi

“Rostov” “Anji”yə qalib gəldi
Futbol
28 Oktyabr 2018 - 09:03
Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Anji” ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Ayaz da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək oynayıb. Quliyev 25-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Rostov” hazırda 21 xalla 2-ci pillədə qərarlaşıb.

Digər xəbərlər