Mürsəliyev 1/4 finalda uduzdu, iki güləşçimizdən uğursuz start

Mürsəliyev 1/4 finalda uduzdu, iki güləşçimizdən uğursuz start
Digər, Güləş
27 Oktyabr 2018 - 18:13
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Supersport.Az-ın məlumatına görə, mundialın 8-ci günündə yunan-Roma güləşi üzrə yığmamızın son 3 üzvü mübarizəyə start verib.


Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub.

Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti ilk mərhələdə ukraynalı həmkarına uduzub.
77 kq çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev isə ilk görüşündə Polşa idmançısı İvan Nilipiuka 9:0 hesabı ilə qalib gələrək, adını 1/8 final mərhələsinə yazdırıb. Mürsəliyev 1/8 finalda ABŞ təmsilçisi Kamal Amir Beyi  üstələyib. Elvin 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisi Aleksandr Çekirkinlə qarşılaşıb və rəqibinə uduzub.
77 kq
1/4 final - Elvin Mürsəliyev - Aleksandr Çekirkin (Rusiya) - 0:3
1/8 final - Elvin Mürsəliyev - Kamal Amir Bey (ABŞ) - 6:2
1/16 final - Elvin Mürsəliyev - İvan Nilipiuk (Polşa) 9:0

97 kq
1/16 final - Orxan Nuriyev - Melonin Numonvi (Fransa) 0:4

130 kq
Təsnifat - Sabah Şəriəti - Aleksandr Çernetski (Ukrayna) 2:5

Digər xəbərlər