Yurgen Klop: "UEFA Millətlər Liqasına ehtiyac yoxdur"

Yurgen Klop: "UEFA Millətlər Liqasına ehtiyac yoxdur"
Futbol
21 Oktyabr 2018 - 16:22
Supersport.Az-ın məlumatına görə, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Millətlər Liqasının əleyhinə fikir bildirib.

Alman mütəxəssis hesab edir ki, UEFA-nın bu yarışı keçirməsi futbolçuları əlavə yükləyir və belə turnirə ehtiyac yoxdur:

"Futbol idarəçiləri futbolçuların istirahətinə mane olur. Mən böyük turnirləri sevirəm. Ancaq indiki halda mütləq geriyə addım atmaq lazımdır. Millətlər Liqası yaxşı ideyadır. Lakin başqa idman növləri üçün. Ona görə ki, futbolda bu yarışa yer yoxdur. Məgər siz hər gecə Entoni Coşuanın döyüşünü izləmək istəyirsiniz? Bu, mümkünsüzdür. Digər idman növlərində, amerika futbolunda da olduğu kimi istirahət olur".

 

Digər xəbərlər