Nəriman Abbasov «MOİK Arena»da qüvvəsini sınayacaq

Nəriman Abbasov «MOİK Arena»da qüvvəsini sınayacaq
Digər, UFC
19 Oktyabr 2018 - 10:12
Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti sınağına çıxacaq.

Supersport.Az xəbər verir ki, təmsilçimiz Moskvada təşkil olunacaq “Fight Night Global 90” çərçivəsində qüvvəsini sınayacaq. Yüngül çəkidə mübarizə aparan 24 yaşlı N.Abbasov Rusiyanı təmsil edən Mixail Qoqitidze ilə üz-üzə gələcək. İdmançılar turnirdən bir gün öncə rəsmi çəki mərasimində iştirak ediblər.

Bu gün keçiriləcək qarşılaşma “MOİK Arena”da baş tutacaq. Moskvadakı görüş hesabında 22 qələbə olan Nərimanın 26-cı döyüşü olacaq. Onun rəqibi isə 15-ci sınağına çıxacaq. Qoqitidze bu döyüşlərdən 9-da qələbə qazanıb.

Digər xəbərlər