"Qarabağ"ın sabiq qolkiperi "Qalatasaray"a keçir

"Qarabağ"ın sabiq qolkiperi "Qalatasaray"a keçir
Futbol
17 Oktyabr 2018 - 15:55
Türkiyənin "Qalatasaray" klubu "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçi heyətinə cəlb edə bilər.

Supersport.Az-ın "Fotomaç"a istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Şehiçi əsas qapıçısı Fernando Musleranın əvəzləyicisi kimi komandaya dəvət etmək istəyir.


Bildirilir ki, "Ərzurumspor"da maaşını ala bilməyən bosniyalı qapıçının qış fasiləsində klubdan ayrılmağa hazırdır. Bu ayrılıq baş versə, "sarı-qırmızılar" 30 yaşlı qolkiperi transfer edəcək.

Qeyd edək ki, 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edən Şehiç bu mövsüm "Ərzurumspor"un heyətində 6 Superliqa matçına çıxıb və 5 qol buraxıb.

Digər xəbərlər