"Neftçi" Mamadunu gətirdi

"Neftçi" Mamadunu gətirdi
Futbol
15 Oktyabr 2018 - 19:06
"Neftçi" baxışa yeni futbolçu dəvət edib.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu, qvineyalı Mamadu Kanedir. 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. Qvineyanın "Kaloum Star" klubunun üzvü olan futbolçu bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.

Qeyd edək ki, məşqçilər korpusu bugündən məşqlərə qoşulan afrikalı futbolçu haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Digər xəbərlər