Rövnəq Abdullayev qızıl medal qazanılmamasının səbəbini açıqladı - Video

Rövnəq Abdullayev qızıl medal qazanılmamasının səbəbini açıqladı - Video
Digər, Cüdo, Video
14 Oktyabr 2018 - 15:33
Supersport.Az-a müsahibəsində SOCAR, Azərbaycan Cüdo Federasiyası prezidenti Rövnəq Abdullayev idmançıların dünya çemponatında çıxışı haqda fikirlərini bölüşüb.

Qurum rəhbəri, milli komanda üzvlərinin doğma meydan sindromu olduğunu, qızıl medal qazanılmamasına rəğmən razı qaldığını qeyd edib.

Federasiya prezidenti, Tokio dünya çempionatı və olimpiadasında daha yaxşı nəticə göstərməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ötənilki dünya çempionatında Azərbaycanın 4 cüdoçusu medalçılar sırasına düşmüşdü. Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və qadın cüdoçu İrina Kindzerska (+78 kq) bürünc medal qazanmışdı. Bu dəfə onların hamısı medalsız qalıb. İlk dəfə Hidayət Heydərovla (73 kq) Uşangi Kokauri (+100 kq) medal əldə edib. Bu dəfə mükafat sayının azlığı bir tərəfdən doğma meydan amilinin azərbaycanlı cüdoçularda sıxıntı yaratması ilə izah olunub, digər məqam ötənilki ilə müqayisədə, Bakıya daha güclü cüdoçuların gəlişidir. Bu isə Azərbaycandakı mundialın 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verməsi ilə əlaqələndirilib.


 

Digər xəbərlər