Veteran pəhləvanımız dünya çempionu oldu

Veteran pəhləvanımız dünya çempionu oldu
Digər, Güləş
09 Oktyabr 2018 - 10:31
Makedoniyanın paytaxtı Skopyedə sərbəst, Rusiyanın Perm şəhərində isə yunan-Roma güləşi üzrə veteranlar arasında 20-ci dünya çempionatı keçirilib.
Sərbəst güləşçilərin yarışında B qrupunda Mayis İbadov (70 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşi üzrə mübarizədə isə Musa Mirzəyev (130 kq) A qrupunda dünya çempionu olub, Rövşən İsmayılxanlı (130 kq) D qrupunda ikinci yeri tutub.

Digər xəbərlər