"Qarabağ"lı Miçel "Arsenal"a məğlubiyyət haqda: "Daha çox çalışmalı, vuruşmalıyıq" - Video

"Qarabağ"lı Miçel "Arsenal"a məğlubiyyət haqda: "Daha çox çalışmalı, vuruşmalıyıq" - Video
Futbol, Eksklüziv, Video
06 Oktyabr 2018 - 02:10
Supersport.Az-a açıqlamasında Avroliqanın qrup mərhələsinin ikinci oyununda "Arsenal"a üç qolla məğlub olan "Qarabağ"lı Migel Madeyra uğursuzluğun səbəbini açıqlayıb.

İspan futbolçu, diqqətsizlik və fürsətləri boşa verməkdən danışıb, daha çox çalışmağın vacibliyini qeyd edib:

"Çətin oyun oldu. Qarşılaşmanın əvvəli diqqətsizlikdən qol buraxdıq. Bundan sonra toparlanıb fürsətləri reallaşdırmağa çalışdıq. Ancaq təəssüf ki, istəyimiz alınmadı. Rəqib isə 2 qol da vurdu, qapıçı da inamlı oynadı. Futbolda bəzən top qapıya girmir. Bəzən isə qol imkanlarından faydalanmaq olur. Futbolda həm məğlubiyyət, həm qələbələr olur.

Baş məşqçi Qurban Qurbanov ümumilikdə oyunumuzdan razı qaldı. Biz uğurlu nəticələr qazanmaq üçün hər zaman daha çox çalışmalı və vuruşmalıyıq".

Süleyman Kərimov

Digər xəbərlər