Məsut Özil Bakıda azarkeşləri Salamladı - Video

Məsut Özil Bakıda azarkeşləri Salamladı - Video
Futbol, Eksklüziv, Video
04 Oktyabr 2018 - 16:07
Supersport.Az-ın məlumatına görə, "Arsenal"ın futbolçusu Məsut Özil Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la səfər oyunu öncəsi Bakı və Azərbaycanı salamlayıb.

Türkəsilli alman yarımmüdafiəçi Azərbaycan dilində bununla bağlı özünün "Instagram" səhifəsində yazıb: "Axşamınız xeyir Bakı & Azərbaycan!. "Qarabağ" Ağdam klubuyla burada oynayacağıq".

Bu sözləri 633 mindən artıq azarkeş bəyənib.

Tanınmış futbolçu Bakı Olimpiya Stadionunda məşqə çıxarkən azarkeşləri salamına cavab verib.


Qeyd edək ki, "Qarabağ" - "Arsenal" görüşü bu gün saat 20:55-də başlayacaq.

Digər xəbərlər