Erməni futbolçu Bakıya gəlməyə qorxub

Erməni futbolçu Bakıya gəlməyə qorxub
Futbol
02 Oktyabr 2018 - 10:09
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"la üzləşəcək "Arsenal"ın erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın ölkəmizə gətirilməyəcəyinin əsas səbəbi məlum olub.

İngiltərə mətbuatında 29 yaşlı futbolçunun Bakıya gəlməkdən imtina etdiyi qeyd olunub.

Bildirilib ki, Henrixin Azərbaycandan xüsusi viza tələb etmək hüququ olsa da, o, bu addımı atmayıb.

"Arsenal"ın baş məşqçisi Unai Emeri futbolçunun oyunda iştirakına ümid bəsləməyinə baxmayaraq, "Mxi" və ailəsi onun ölkəmizə gəlməsini istəməyib. Bunun başlıca səbəbi Henrixin qorxmasıdır.

Bu futbolçu 2015-ci ildə Avroliqanın qrup turnirinin "Qəbələ" – "Borussiya" D. matçında da ölkəmizə gəlməmişdi.

Buna baxmayaraq, indiyə qədər bəzi erməni idmançılar Bakıya səfər edib.

Xatırladaq ki, "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-də keçiriləcək.

Digər xəbərlər