Avro-2024-lə bağlı qərar - UEFA Türkiyəni niyə seçmədi?

Avro-2024-lə bağlı qərar - UEFA Türkiyəni niyə seçmədi?
Futbol
27 Sentyabr 2018 - 17:57
Bu gün 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Supersport.Az-ın məlumatına görə, sözügedən turnir Almaniyada təşkil olunacaq. Bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasından sonra verilib. Qərarı qurumun prezidenti Aleksandr Çeferin açıqlayıb.

"İki ölkədən birində yarış keçirilməliydi. Şəffaf seçim oldu. Çempionatın Türkiyədə keçirilməsiylə bağlı bəzi risklər varıydı. İnsan haqlarıyla əlaqədar  çatışmazlıq var idi. Otel tutumu limitliydi. Bir çox şəhərlər üçün bəzi narahatlıq vardı".

Xatırladaq ki, Avro-2024-ə ev sahibliyi etməyə Türkiyə və Almaniya namizədliyini vermişdi.

Digər xəbərlər