İkiqat dünya çempionu Kafudan "Qarabağ"a məsləhət - Video

İkiqat dünya çempionu Kafudan "Qarabağ"a məsləhət - Video
Futbol, Video
26 Sentyabr 2018 - 11:11
"Bakıya gələndən sonra Azərbaycan futbolu ilə maraqlanmağa başladım. FIFA-nın yeni layihələri çərçivəsində bura yenidən səfər edə bilərəm".

Supersport.Az-ın məlumatına görə, Bakıda səfərdə olan braziliyalı ikiqat dünya çempionu Kafu jurnalistlər üçün keçirdiyi brifinqdə belə açıqlama verib.


- Avropa Liqası yarışında “Qarabağ” "Arsenal" və "Sportinq" kimi komandalarla rəqabət apara bilərmi?” sualını veteran futbolçu, belə cavablandırıb:

- Meydanda hər şey özündən asılıdır. İlk növbədə özünə inanıb meydana çıxmalısan. Bundan başqa, əzmkar mübarizə aparmaq lazımdır. Hər bir komanda müsbət nəticə qazana bilər.

- Sabiq komandanız İtaliya "Roma"sının ötən mövsüm Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirdiyi oyunlara baxmısınız? 

- Təəssüf ki, həmin oyunu izləyə bilməmişəm.

- Azərbaycanda çıxış edən braziliyalı oyunçulardan kimi tanıyırsınız? 

- Braziliyalı futbolçular dünyanın hər yerində çıxış edir. Bu, sevindirici haldır.

- Uzun müddətdir braziliyalı oyunçular dünyanın ən yaxşı futbolçusu seçilə bilmir. Sizcə, Neymar bu uğursuz ənənəyə son qoya bilərmi?

- Neymar böyük futbolçudur. İnanıram ki, o növbəti dünya çempionatlarında Braziliya yığmasının uğur qazanmasına fayda verəcək. Neymar gələcəkdə "Qızıl top" qazana bilər.

Anar Cəfərov

Digər xəbərlər