Güləşçilərimiz dünya çempionatından beş medalla qayıdırlar

Güləşçilərimiz dünya çempionatından beş medalla qayıdırlar
Digər, Güləş
24 Sentyabr 2018 - 10:20
Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı sona çatıb.

Supersport.Az xəbər verir ki, son yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər medalçıları müəyyənləşdirib. Yığmamız son gündə gümüş və bürünc medal qazanıb.

Türkiyə, Macarıstan, Rusiya və Hindistan təmsilçisinə qalib gələn Abubakr Abakarov (74 kq) finalda amerikalı rəqibinə uduzub və gümüş medalla kifayətlənib.

Asxab Həmzətov (92 kq) amerikalı və ukraynalı həmkarlarını üstələdikdən sonra Qazaxıstan güləşçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyindən Həmzətov təsəlliverici görüşə çıxıb. Əvvəlcə Polşa, daha sonra Özbəkistan yığmasının üzvünə çətinlik çəkmədən qalib gələn Asxab dünya 3-cüsü olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Rahid Həmidli Qırğızıstan və Hindistan güləşçilərini sıradan çıxarıb və yarımfinala adlayıb. Finalın bir addımlığında Kanada idmançısı ilə gərgin keçən mübarizə həmyerlimizin minimalhesabı məğlubiyyəti ilə nəticələnib. Həmidli bürünc medal uğrunda qarşılaşmada moldovalı güləşçiyə uduzub və 5-ci yeri tutub.

İntiqam Vəlizadə və Maqomed Asiyatilov ilk mərhələdə uduzub.

Digər xəbərlər