"Vorskla"nın əsas problemi - Andrey Şevçenko məsləhət verdi

"Vorskla"nın əsas problemi - Andrey Şevçenko məsləhət verdi
Futbol
22 Sentyabr 2018 - 00:27
Supersport.Az-ın məlumatına görə, Avroliqanın qrupunun ilk oyununda "Arsenal"a məğlub olan "Vorskla"nın prezidenti Roman Çernyak klubda maliyyə vəziyyəti haqda açıqlama verib.

"Belə deyim: indi vəziyyət 10 dəfə yaxşıdır, mövsümün əvvəli ilə müqayisədə. Biz nə vəd vermişdik, etdik. Bəzi məsələlər qalıb ki, 2-3 ay müddətində bunu tam yerinə yetirəcəyik. Futbolçuların çiynində yük yoxdur. Onlar mükafat, əmək haqqı alıblar. Siz təyyarədə futbolçularla danışsaydınız, hər şeydən razı olduqlarını görərdiniz" - deyə, klub rəhbəri bildirib.

Ukrayna klubunun prezidenti yığma komandanın baş məşqçisi Andrey Şevçenkonun dəstəyindən danışıb:

"Paltardəyişmə otağında yalnız mən yox, yığmanın baş məşqçisi Andrey Şevçenko da var idi. O, futbolçuların səhvlərini gördüyünü dedi, onlara məsləhət verdi, özünəinamın vacibliyini qeyd etdi və çempionatla Avropa Liqasında uğurlar arzuladı".

Digər xəbərlər