"Qarabağ" "Valensiya"yla "Milan"ı geridə qoydu

"Qarabağ" "Valensiya"yla "Milan"ı geridə qoydu
Futbol
21 Sentyabr 2018 - 22:42
Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA klubların reytinq siyahısını açıqlayıb.

Supersport.Az 
xəbər verir ki,  Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici "Qarabağ"dadır. Ağdam klubu 19 xalla 66-cı sıraya geriləyib. "Qarabağ" bu göstərici ilə İspaniyanın "Valensiya", İngiltərənin "Everton", İtaliyanın "Milan" kimi klublarını geridə qoyub. Avroliqada Azərbaycan təmsilçisinin rəqiblərindən olan "Arsenal" (77 xal) 9-cu yerdədir.

Digər təmsilçilərimizdən geriləyən "Qəbələ" 160-cı, "Keşlə" 278-ci, "Neftçi" 279-cu, "Zirə" 280-ci, "Kəpəz" 281-cidir.

Qeyd edək ki, 450 klubun olduğu reytinqdə ilk üç yerdə "Real Madrid" (133 xal), "Bayern" (114 xal) və "Barselona" (114 xal) qərarlaşıb.

 

Digər xəbərlər