"Arsenal"da 4 itki: erməni futbolçu da sıradan çıxdı

"Arsenal"da 4 itki: erməni futbolçu da sıradan çıxdı
Futbol
21 Sentyabr 2018 - 21:38
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin ikinci oyununda Bakıda "Qarabağ"la qarşılaşacaq "Arsenal" daha bir itki ilə üzləşib. Ukraynanın "Vorskla" klubunu 4:2 hesabıyla məğlub edən İngiltərə təmsilçisinin futbolçusu Henrix Mxitaryan sağ ayağından xəsarət alıb.

"Arsenal"ın 29 yaşlı yarımmüdafiəçisinin Premyer Liqanın 6-cı turunda "Everton"a qarşı oynayacağı sual altındadır. "Topçular"ın həkimləri müayinədən sonra qərar verəcəklər.


"Arsenal"da Sead Kolaşinas, Loran Koselni və Karl Cenkinson da zədəlidir.


Qeyd edək ki, Avroliqada "Qarabağ" - "Arsenal" oyunu 4 oktyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər xəbərlər