Məsut Özil "Arsenal"da 9 aylıq həsrəti bitirdi - Video

Məsut Özil "Arsenal"da 9 aylıq həsrəti bitirdi - Video
Futbol, Video
15 Sentyabr 2018 - 21:38
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 5-ci turunda "Arsenal" səfərdə "Nyukasl"ı məğlub edərək üçüncü qələbəsini qazanıb.

"Topçular"la 200-cü oyununa çıxan Məsut Özil 9 ay sonra qol vuraraq komandasının qalib gəlməsində pay sahibi olub. İlk hissəsi 0:0 bitən qarşılaşmanın ikinci taymında "Arsenal"dan Qranit Xhaka 49-cu, Məsut 58-ci dəqiqədə fərqlənib. "Nyukasl"dan son dəqiqədə Ciaran Klarkın qolu matçın nəticəsini müəyyənləşdirib.

Avroliqanın "Qarabağ"ın rəqiblərindən olan "Arsenal" növbəti turda "Everton"u qəbul edəcək.


 

Digər xəbərlər