Azərbaycan Gürcüstandan geri qaldı

Azərbaycan Gürcüstandan geri qaldı
Digər, Cüdo
15 Sentyabr 2018 - 20:43
Supersport.Az-ın məlumatına görə, Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə gənclərin Avropa birinciliyinin fərdi yarışlarına yekun vurulub. Mötəbər turnirin sonuncu günü millimiz aktivinə daha bir medal yazdırıb.
100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Adil Kərimli qitə birinciliyinin bürünc medalına sahib olub.
Bununla da millimiz yarışı 6 medalla (1 qızıl, 1 gümüş və 4 bürünc) 7-ci pillədə başa vurub. Gürcüstan 3 qızıl, 2 gümüş, 4 bürünc mükafatla birinci sırada yer alıb.
Qeyd edək ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunub.

Digər xəbərlər