"Qarabağ"ın Portuqaliya planı

"Qarabağ"ın Portuqaliya planı
Futbol, Eksklüziv
15 Sentyabr 2018 - 08:00
Supersport.Az-a Azərbaycanın altıqat çempionunun Portuqaliya planı məlum olub.

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda "Sportinq"in qonağı olacaq "Qarabağ" sentyabrın 18-də saat 19:00-da çarter reysilə Bakıdan Lissabona səfər edəcək.

Portuqaliya paytaxtına uçuş məsafəsi 4,976.17 km-dir və təyyarənin 6 saat 20 dəqiqəyə həmin şəhərə çatacağı gözlənilir.

Səhəri gün baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, komandanın hazırlığı nəzərdə tutulub.

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sentyabrın 20-də Bakı vaxtıilə 23:00-da başlanacaq.  

Digər xəbərlər