Qurban Qurbanov: "Sportinq"i canlı izləməyə ehtiyac yoxdur" - Video

Qurban Qurbanov: "Sportinq"i canlı izləməyə ehtiyac yoxdur" - Video
Futbol, Eksklüziv, Video
15 Sentyabr 2018 - 03:44
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Sumqayıt"a qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib.


- Çətin oyun oldu. Rəqib daha rahat oynayırdı. Futbolçularımı təbrik edirəm. Qarşıda bizi Avroliqada ağır oyun gözləyir.

- "Sportinq"in həftəsonu oyununa kimsə gedəcəkmi?

- Getməyə ehtiyac olmayacaq. Rəqib barədə haqda məlumatım var.

- Nazim Süleymanovun "futbolçuların haqları əlindən alındı" fikri ilə razısınızmı?

- Normal fikirdir. Mübahisəli vəziyyətlər oldu.

- Araz Abdullayevin oyunu haqda fikirləriniz necədir?

- Ondan maksimum nəsə gözləmək düz olmazdı. Çox çalışır. Bir neçə tur sonra daha yaxşı olacaq.

- Yeni komitə sədri Frits Stuxlik haqda fikirləriniz necədir?

- Bizə aid olmayan bir sahədir. UEFA-nın təyinatı ilə gəlib. Normal yanaşmaq lazımdır.

Digər xəbərlər