Azərbaycan birinci pillədə

Azərbaycan birinci pillədə
Digər, Cüdo
13 Sentyabr 2018 - 23:20
Supersport.Az-ın məlumatına görə, Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə gənclərin Avropa birinciliyi keçirilir. Mötəbər yarışın ilk günündə cüdoçularımız 4 medal qazanıblar.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan cüdoçusu Moldova, Gürcüstan, Fransa və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu olub. 55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyev birinciliyin gümüş medalına yiyələnib. Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar. Azərbaycan ilk gün komanda hesabında birinci yerdədir.

Qeyd edək ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında ölkəmiz 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.

Digər xəbərlər