Taha Akgül: Dünya çempionu olsam, Azərbaycan bayrağını qaldıracağam - Video

Taha Akgül: Dünya çempionu olsam, Azərbaycan bayrağını qaldıracağam - Video
Digər, Güləş
08 Sentyabr 2018 - 09:54
Supersport.Az xəbər verir ki, Bakıda sərbəst güləş yığmamızla birgə təlim-məşq toplanışı keçən Türkiyə millisinin heyətində ən ağır çəkidə son olimpiya çempionu, 2 dəfə DÇ, 5 dəfə AÇ-də qızıl medal qazanan Taha Akgül də iştirak edir.

Titullu pəhləvan bu gün keçirilən açıq məşqdə jurnalistlərin suallarını cavablandırıb:

“Bir neçə gündür ki, Azərbaycan yığması ilə birgə təlim-məşq toplanışı keçirik. Macarıstanda baş tutacaq dünya çempionatına hazırlaşırıq. İki dövlət, bir millətik. 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi olanda hər iki ölkənin bayrağını dalğalandırmışdım. Hər şeyimiz birdir. Cəbrayıl Həsənov, Hacı Əliyev kimi qardaşlarımız, yığmanızın baş məşqçisi Firdovsi Umudov bizi çox yaxşı qarşıladı. Bizimlə yaxından maraqlanırlar. Sanki öz ölkəmizdəyik. Yenidən millinizi Türkiyədə gözləyirik. Tokio-2020-yə birlikdə hazırlaşacağıq.

Türkiyəli güləşçi əsas rəqiblərindən birinin yığmamızın üzvü Cəmaləddin Məhəmmədovun olduğunu deyib: Çox texnikalı güləşçidir. Onunla dəfələrlə qarşılaşmışıq. Bu dünya çempionatında da əsas rəqiblərimdən biri olacaq. Allah kimə nəsib edərsə, o da çempion olsun. Kim daha çox tərləyir, əziyyət çəkirsə, o da uğur qazanır”.  (agf)

Digər xəbərlər