Mariya Stadnik Polşada güləşəcək

Mariya Stadnik Polşada güləşəcək
Digər, Güləş
06 Sentyabr 2018 - 11:48
Sentyabrın 7-dən 9-dək Polşanın paytaxtı Varşavada Dünya Güləş Birliyinin (UWW) təqvim planına əsasən, “Qran-pri” seriyasından olan “Poland Open” turniri keçiriləcək.

Supersport.Az xəbər verir ki, yarışda ölkəmizi qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) təmsil edəcək. Üçqat Olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionu şəxsi məşqçisi Andrey Stadnikin rəhbərliyi altında Varşavada güləşəcək.

Digər xəbərlər