“Astana”da şok ayrılıq: Roman Qriqorçuk getdi

“Astana”da şok ayrılıq: Roman Qriqorçuk getdi
Futbol
18 Avqust 2018 - 06:22
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında Zaqreb “Dinamo”su qarşısında aciz qalaraq mübarizəni dayandıran “Astana”da şok ayrılıq olub.

Üç aydır baş məşqçi kimi çalışan Roman Qriqorçuk gözlənilmədən komandadan gedib.

“Astana”nın saytı ukraynalı məşqçinin müvəqqəti olaraq ayrıldığını qeyd edib.

Qriqorçuk, şəxsi işinə görə komandadan müvəqqəti ayrılmağı klub prezidenti Sayan Hamitcanovdan xahiş edib və bu istəyi anlayışla qarşıladığı üçün ona təşəkkürünü bildirib.

Hamitcanov isə, həyatda bəzi halların qarşısını ala bilmədiklərini, çalışdırıcının qayıdacağını gözlədiklərini və onu olmadığı müddətdə Qriqori Babayanın əvəzləcəyini deyib.

Qeyd edək ki, “Qəbələ”dən gedən Qriqorçuk iyunun 1-də “Astana” ilə müqavilə imzalamışdı. Çox güman ki, Qazaxıstan klubu onun işindən narazı olduğu üçün yollar ayrılıb.

 

 

Digər xəbərlər