Supersport.Az-ın məlumatına görə, “Trabzonspor” klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb. Halbuki Trabzon təmsilçisinin rəsmi saytında hücumçunun yeni fotosu və hansı formada çıxış edəcəyi yerləşdirilmişdi.
Türkiyə təmsilçisi 22 yaşlı forvardla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
“Trabzonspor” Ramil Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi. Trabzon klubu “Zenit”ə 170 min avro yetişdirmə pulu verib.
“Trabzonspor” 2018-19 və 2019-20 mövsümləri üçün 850 min avro qarantiya və komandanın qazandığı hər xala əsasən 2 min avro almalı olan Ramil Şeydayevin müqaviləsi futbolçunun razılığı əsasında hər hansı məbləğ ödənmədən qarşılıqlı olaraq ləğv olunub.