"Barselona" Messini bizə versin, üzrünü qəbul edək"

"Barselona" Messini bizə versin, üzrünü qəbul edək"
Futbol
30 İyul 2018 - 12:29
Supersport.Az-ın məlumatına görə, "Barselona" "Roma"dan üzr istəyib. Məsələ burasındadır ki, İspaniya təmsilçisi İtaliya komandasının razılaşdığı futbolçunu Malkomu heyətinə cəlb etdikdən sonra hər iki komanda arasında soyuq münasibətlər yaranıb. Hətta "Roma" "Barselona"nı məhkəmə ilə hədələyib.

İtaliya klubunun prezidenti Ceyms Palotta ispan komandasının üzr istədiyini və bunu qəbul etmədiklərini bildirib: "Barselona" Messini bizə versə, üzrünü qəbul edərik".

"Roma"nın əfsanəsi Françesko Totti də bu haqda açıqlama verib:

"Messi "Roma"yla müqavilə imzalasa, hava limanına gedərəm. 10 nömrəli formamı ona məmnuniyyətlə verərəm".

"Roma"da Françesko Tottidən sonra 10 nömrəli formanı heç bir futbolçu geyməyib.

 

 

 

Digər xəbərlər