Rüstəm Orucov üçüncü yerlə kifayətləndi

Rüstəm Orucov üçüncü yerlə kifayətləndi
Digər, Cüdo
29 İyul 2018 - 15:35
Supersport.Az-ın məlumatına görə, Xorvatiya paytaxtı Zaqrebdə cüdo üzrə "Qran-Pri" yarışının ikinci günü millimiz hesabına bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mötəbər turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı "Qran-Pri"də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunur.

Digər xəbərlər