"Sumqayıt" Bolu toplanışını qələbə ilə bitirdi

"Sumqayıt" Bolu toplanışını qələbə ilə bitirdi
Futbol
29 İyul 2018 - 15:46
Supersport.Az-ın məlumatına görə, 2018/2019 futbol mövsümünə hazırlaşan "Sumqayıt" klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda son yoxlama matçına çıxıb. Azərbaycan komandası Türkiyə təmsilçisi "Giresunspor"la üz-üzə gəlib. Topuk Yaylası idman kompleksinin stadionunda baş tutan oyunda "Sumqayıt" FK minimal hesabla qələbə qazanıb. Qarşılaşmada yeganə qolu 36-cı dəqiqədə Süleyman Əhmədov vurub.

Bununla da, "Sumqayıt" Bolu toplanışını başa vurub və bu gün axşam vətənə qayıdacaq.

Digər xəbərlər