"Qarabağ"ın Çempionlar Liqasında qazancı

"Qarabağ"ın Çempionlar Liqasında qazancı
Futbol, Eksklüziv
21 İyul 2018 - 15:09
Supersport.Az-a Çempionlar Liqasında təmsilçimiz "Qarabağ"ın ilkin qazancı məlum olub.

UEFA birinci təsnifat mərhələsində iştirak üçün Azərbaycan çempionuna 280 min (555 min 184 manat), ikinci raunda vəsiqə əldə etdiyinə görə 380 min avro (753 min 464 manat) verib. "Qarabağ" hələ ki, 660 min avro (1 milyon 308 min 648 manat) qazanıb.

Azərbaycan klubu ilkin mərhələdə Sloveniya çempionu "Olimpiya"nı (1:0, 0:0) mübarizədən kənarlaşdırıb. "Qarabağ"ın ikinci raundda rəqibi Albaniyanın "Kukesi" komandası olacaq.

Süleyman Kərimov

 

Digər xəbərlər