"Keşlə"nin stadionunun adı dəyişdirildi

"Keşlə"nin stadionunun adı dəyişdirildi
Futbol
20 İyul 2018 - 19:47
"Keşlə"nin ev oyunlarını keçirdiyi "İnter Areana"nın adı dəyişdirilib. 

Supersport.Az-ın məlumatına görə, stadion bundan sonra "ASK Arena" adlandırılacaq. Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib.

Qeyd edək ki, bu stadionun adı ikinci dəfə dəyişdirilib. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Stadiona daha sonra "İnter" (hazırkı "Keşlə") klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib.

Digər xəbərlər