"Ronaldo vergidən qaçmaq üçün getdi"

"Ronaldo vergidən qaçmaq üçün getdi"
Maqazin
20 İyul 2018 - 17:29
Supersport.Az-ın məlumatına görə, İspaniya La Liqa prezidenti Xavyer Tebas belə açıqlama verib.

Tebas hesab edir ki, Kriştiano Ronaldonun "Real Madrid"dən "Yuventus"a getməsinin səbəbi ölkədə vergilərin çox olmasıyla bağlıdır.

"İspaniyada vergi qanunu futbolçulara və çempionata təsir edir. Ronaldo, İspaniyada qazandığının 50 faizini vergi ödəmək məcburiyyətindəydi. İtaliyada isə vergi 20 faizdir. Futbolçuyla bağlı məhkəmə qərarı var. Bunun davamı da olacaqdı. Ronaldo bundan qaçmaq üçün "Yuventus"a getdi. Siz olsanız nə edərdiniz?"

Digər xəbərlər