"Qəbələ" də belə getdi

"Qəbələ" də belə getdi
Futbol
19 İyul 2018 - 23:21
Avropa Liqasında 1-ci təsnifat mərhələsində "Qəbələ" cavab oyununda Lüksemburqda "Proqres"in qonağıdır. Qəbələdə keçirilən ilk görüşdə 0:2 hesabı ilə uduzan "qırmızı-qaralar" bu məğlubiyyətin əvəzini çıxmağa və mərhələni adlamağa çalışıb.

"Qəbələ" ilk hissədə Stiven Monrozun qoluyla qalib gəlsə də, bu hesab komandanın raundu adlamasına kifayət etməyib.

Avropa Liqası: 1-ci təsnifat mərhələsi, cavab oyunu

19 iyul

21:30 Proqres (Lüksemburq) - Qəbələ (Azərbaycan) 0:1 (İlk oyun 2:0)

Qol: Stiven-Monroz, 28.

Qırmızı vərəqə: Təmkin Xəlilzadə 79

Hakimlər: Keyt Kennedi. Stefen Donaldson, Kristian Fransis Hanna, Evan Boys (hamısı Şimali İrlandiya)

Hakim-inspektor: Milan Karadjiç (Serbiya)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Differdanj. Şəhər Munisipal stadionu

Digər xəbərlər