"Baltsan" "Keşlə"ni kənarlaşdırdı

"Baltsan" "Keşlə"ni kənarlaşdırdı
Futbol
19 İyul 2018 - 22:59
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulur.

Supersport.Az xəbər verir ki, təmsilçimiz "Keşlə" cavab matçında Malta "Baltsan"ı 2:1 hesabıyla məğlub etsə də, mübarizəni dayandırıb.

İlk oyunda böyük hesabla uduzduğu (1:4) üçün Azərbaycan klubu yarışla vidalaşıb.

İyulun 16-da "Keşlə"nin ukraynalı baş məşqçisi Yuri Maksimov istefa verdiyindən, komandanı oyuna məşqçi Zaur İsmayılov çıxarıb.

Avropa Liqası: 1-ci təsnifat mərhələsi, cavab oyunu

19 iyul

21:00 Keşlə (Azərbaycan) - Baltsan (Malta) 2:1 (İlk oyun 1:4)

Hakimlər: Mixail Vilkov, Aleksey Vorontsov, Vladimir Mineviç, Aleksey Suxoy (hamısı Rusiya)

Hakim-inspektor: Stefen Lodj (İngiltərə)
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)

Bakı. "Dalğa Arena”

 

Digər xəbərlər