Almeyda "Astana"da debütündə qələbə qazandı

Almeyda "Astana"da debütündə qələbə qazandı
Futbol
19 İyul 2018 - 22:35
Supersport.Az-ın məlumatına görə, Qazaxıstan klubu UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yüksəlib.

"Astana" ilk matçda 1:0 hesabı ilə məğlub etdiyi Monteneqronun "Sutyeska" klubuna səfərdə də qalib gəlib - 2:0. Bu qələbə ilə də Qazaxıstan təmsilçisi II təsnifat mərhələsinə yüksəlib. "Qarabağ"dan ayrılaraq, "Astana"ya üz tutan Riçard Almeyda görüşün iştirakçısı olub. "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk millimizin üzvünü 81-ci dəqiqədə meydana buraxıb. Almeydanın debüt matçı uğurlu alınıb. "Astana" növbəti mərhələdə Danimarkanın "Mitdyulland" komandası ilə qarşılaşacaq.

Digər xəbərlər