"Qarabağ" növbəti mərhələdə

"Qarabağ" növbəti mərhələdə
Futbol
18 İyul 2018 - 22:55

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" cavab oyununda Sloveniya çempionu "Olimpiya" ilə qarşılaşıb. İlk matçda qələbə qazanan Azərbaycan klubu bu dəfə meydandan qolsuz bərabərliklə ayrılıb. Bununla növbəti mərhələyə adlayan "Qarabağ" ikinci mərhələdə Albaniya təmsilçisi "Kukesi"ylə qüvvəsini sınayacaq.




21:00 "Qarabağ" (Azərbaycan) - "Olimpiya" (Sloveniya) 0-0 

 

Baş hakim: Erez Papir

Baş hakimin köməkçiləri: David Elias Biton, Eliyahu Casapu

Dördüncü hakim: David Fuxman

(Hakimlər briqadası İsraildəndir)

UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)

Hakim-inspektor: Sokol Jareci (Albaniya)

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.



Digər xəbərlər