"Qəbələ" Bakıda hazırlaşır

"Qəbələ" Bakıda hazırlaşır
Futbol
15 İyul 2018 - 01:55
UEFA Avropa Liqasında mübarizə aparan "Qəbələ" I təsnifat mərhələsinin cavab oyununun hazırlıqlarını davam etdirir. "Qırmızı-qaralar" Lüksemburqun "Proqres2 klubu ilə Qəbələ şəhər stadionunda keçirilən ilk qarşılaşmadan (0:2) sonra iyulun 19-dakı matça hazırlaşır. Komandamız iyulun 13-də Qəbələdə məşq edib. Futbolçular bərpaedici hazırlıq keçib. Ardınca Bakıya yollanan "qırmızı-qaralar" hazırlığını paytaxtda gerçəkləşdirib. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda məşq prosesini günün ilk yarısında edib. Futbolçular öncə fiziki, ardınca toplu çalışmaları yerinə yetirib.

Xatırladaq ki, iyulun 19-da keçiriləcək "Proqres" – "Qəbələ" matçı Lüksemburqun Differdanj şəhərində baş tutacaq.

Digər xəbərlər