Gənc güləşçilər İstanbuldan 11 medalla qayıdır

Gənc güləşçilər İstanbuldan 11 medalla qayıdır
Digər, Güləş
11 İyul 2018 - 19:37
Supersport.Az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında "Çempionlar" beynəlxalq turniri keçirilib. 21-ci dəfə baş tutan turnirdə iştirak edən güləşçilərimiz ümumilikdə 1 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıb.

Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirdə iştirak sərbəst güləşçilərimiz 2 gümüş və 5 bürünc medala yiyələnib. Yalnız final görüşündə məğlub olan Əliabbas Rzazadə (57 kq) və Elmar Kazımov (65 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev, Abubakr Abakarov (hər ikisi 74 kq) və Orxan Abbasov (79 kq) qazandırıb. Sərbəst güləşçilərimiz komanda hesabında turniri 3-cü sırada tamamlayıb.
Böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında qonşu respublikaya yollanan yunan-Roma güləşçilərimiz isə 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. Bütün rəqiblərindən üstün olan Zaur Nuriyev (63 kq) turnirinn qızıl medalını qazanıb. Yalnız finalda uduzan Kamran Mirzəliyev (67 kq) gümüş, Zaur Əliyev (55 kq) və Nəsir Həsənov (77 kq) isə bürünc medala sahib olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Digər xəbərlər