Sərxan Məmmədovdan gümüş medal

Sərxan Məmmədovdan gümüş medal
Digər, Güləş
08 İyul 2018 - 10:57
Supersport.Az xəbər verir ki, Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Ən ağır çəkidə mübarizə aparan Sərxan Məmmədov (110 kq) ardıcıl olaraq Hindistan, Polşa və Çexiya təmsilçiləri üzərində tam üstünlüklə qələbə qazanıb və finala yüksəlib. Finalda Türkiyə idmançısına uduzan Sərxan çempionatın gümüş medalına yiyələnib.

Digər xəbərlər