Avroliqada klublarımızın rəqibləri bilindi

Avroliqada klublarımızın rəqibləri bilindi
Futbol
19 İyun 2018 - 16:00

2018/2019-cu il mövsümündə ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.





Mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq təmsilçilərimizdən “Keşlə” Maltanın “Baltsan”, “Qəbələ” Lüksemburqun “Proqres”, “Neftçi” isə Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşacaq.



Təmsilçilərimiz ikinci təsnifat mərhələsinə yüksələcəyi təqdirdə, “Qəbələ” "Honved" (Macarıstan) - "Rabotniçki" (Makedoniya), “Keşlə” "Milsami" (Moldova) - "Slovan" (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. "Neftçi" isə  bu mərhələdə "Sevilya" (İspaniya) ilə görüşəcək.


Birinci təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da, ikinci təsnifat mərhələsinin qarşılaşmaları iyulun 26-da və avqustun 2-də keçiriləcək.




Digər xəbərlər