"Qarabağ"a rəqib "Olimpiya" oldu

"Qarabağ"a rəqib "Olimpiya" oldu
Futbol
19 İyun 2018 - 15:00
Supersport.Az-ın məlumatına görə, bu gün İsveçrənın Nyon şəhərində Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması keçirilib.


Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə mübarizəyə 1-ci mərhələdən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ımızın da rəqibi müəyyənləşib.

Komandamız bu mərhələdə Sloveniyanın "Olimpiya" klubu ilə mübarizə aparacaq.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.


Çempionlar Liqası


I təsnifat  mərhələsi

 I qrup

“Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan)

Digər xəbərlər