İsveç də "VAR"am dedi - Video

İsveç də "VAR"am dedi - Video
Futbol, Video
18 İyun 2018 - 21:47

Bu gün "Dünya Kuboku 2018" futbol üzrə dünya çempionatının beşinci gününə "F" qrupunda yer alan İsveç və Cənubi Koreya milliləri arasındakı qarşılaşma ilə start verilib.

"Nijniy Novqorod Arena”da oynanılan görüşü salvadorlu referi Xoel Aqilar idarə edib.


İsveçə qələbə qazandıran qolu 65-c dəqiqədə Andreas Qranqvist penalti zərbəsindən vurub. Salvadorlu baş hakim Xoel Aqilar Video Hakim Texnologiyasına (VAR) müraciət edib və ağ nöqtəni göstərib.

Bu VAR-la Dünya Kubokunda üçüncü penalti qərarı olub. Bundan əvvək Fransa - Avstraliya, Peru - Danimarka oyunlarında belə addım atılmışdı.


İsveç, Meksika öz qrupunda 3 xalla irəlidədir. Cənubi Koreya, Almaniya xalsızdır. İsveç qrupda növbəti oyununu 23 iyunda Almaniyaya qarşı keçirəcək. Cənubi Koreya isə Meksikayla üz-üzə gələcək.

 

Digər xəbərlər