Almanların baş məşqçisi: "Bu məğlubiyyətdən dərs almalıyıq"

Almanların baş məşqçisi: "Bu məğlubiyyətdən dərs almalıyıq"
Futbol
17 İyun 2018 - 22:32
Supersport.Az-ın məlumatına görə, Dünya Kubokunun ilk qarşılaşmasında Meksika seçməsi qarşısında aciz qalan Almaniya yığmasının baş məşqçisi Yoaxim Löv uğursuzluğun səbəbini açıqlayıb.

Təcrübəli mütəxəssis, rəqib komandanın üstün oyun nümayiş etdirdiyini etiraf edib: 

"Komandamız məyusdur, ilk oyunda məğlub olduq. Bu, bizim üçün anormal və gözləniməz haldır. İlk hissədə çox top itirdik. Meksika bizdən daha hazırlqlı idi və sürətli oyun nümayiş etdirdi. Hər zaman belə turnirlərə qələbə ilə başlamışıq. Bu məğlubiyyətdən dərs alıb növbəti oyunda qalib gəlməliyik. Top itkiləri problemini həll etməliyik. Almaniya güclü cəhətlərini xatırlayıb, bunu meydanda göstərməlidir".

Almaniya ikinci turda Soçidə İsveç, Meksika Rostovda Cənubi Koreya ilə qarşılaşacaq.

 

 

Digər xəbərlər