"Neftçi"də yeni müqavilə

"Neftçi"də yeni müqavilə
Futbol
17 İyun 2018 - 19:56
"Neftçi” daha bir futbolçu ilə müqavilə müddətini artırıb.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən mövsüm paytaxt təmsilçisinin heyətində çıxış edən Emin Mahmudov daha 2 il ağ-qara formanı geyinəcək. Milli komandamızın da üzvü olan 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm 27 oyunda 2 qola imza atıb.

Digər xəbərlər