Braziliya İsveçrə qarşısında büdrədi - Video

Braziliya İsveçrə qarşısında büdrədi - Video
Dünya Kuboku - 2018, Futbol, Video
17 İyun 2018 - 23:55

Bu gün DÇ-2018-in qrup mərhələsinin 1-ci turunun son oyunu keçirilib.


Supersport.Az-ın məlumatına görə, E qrupunda Kosta-Rika ilə Serbiya milliləri üz-üzə gəlib. Görüş serblərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər görüşdə son çempion Almaniya  Meksika ilə qarşılaşıb. Matçda sensasiya qeydə alınıb. Losanonun  35-ci dəqiqədə vurduğu qolla meksikalılar qalib gəlib.


Günün son oyununda isə Braziliya İsveçrəylə oyunda xal itirib.


17 iyun


E qrupu


16:00. Kosta-Rika - Serbiya - 0:1


Qol: Aleksandr Kolarov, 57

Samara. "Samara Arena"

F qrupu


19:00. Almaniya – Meksika 0-1 

Qol: İrvinq Losano, 35

Moskva, "Lujniki"

22:00. Braziliya - İsveçrə 1-1

Qol: Koutinyo, 20 - Zuber 50

Rostov. "Rostov Arena”


 




Digər xəbərlər